"Monako"nun keçmiş kapitanına zorlama  İTTİHAMI
17 oktyabr 2024 19:07 (UTC +04:00)

"Monako"nun keçmiş kapitanına zorlama İTTİHAMI

Məhkəmə zamanı Vissam Ben-Yedder həmin vaxt sərxoş olduğu və təfərrüatları xatırlaya bilmədiyi üçün ifadə verə bilmədiyini deyib.

34 yaşlı hücumçu iddia edilən cinayəti sentyabrın əvvəlində törədib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Ben-Yedder qızla bir məclisdə tanış olub və sonra onu avtomobilində oturmağa dəvət edib. Bundan sonra futbolçu qıza sataşmağa başlayıb, lakin o, qaçıb zorlama cəhdi barədə polisə məlumat verib.

Hüquq-mühafizə orqanları futbolçunu sərxoş vəziyyətdə aşkar edərək onu saxlayıb. Ben-Yedder “cinsi təcavüz, tələblərə tabe olmamaq və sərxoş halda avtomobil idarə etmək” ittihamı ilə həbs edilib.

Məlumata görə, ittiham tərəfi Vissam üçün iki il yarım həbs istəyib. Fransa millisinin keçmiş hücumçusu spirtli içki qəbul etdiyi üçün heç nə xatırlamadığını bildirib, həmçinin alkoqol asılılığından əziyyət çəkdiyini etiraf edib.

34 yaşlı Vissam Ben-Yedder ötən mövsüm "Monako"da çıxış edib. Onun klubla müqaviləsi yayda başa çatıb və o, hazırda azad agentdir. Ümumilikdə, Ben-Yedder moneqaskların heyətində 201 oyun keçirib, 118 qol vurub və 34 məhsuldar ötürmə edib.

2020-ci ildə Vissam Ben-Yedder 18 qolla Liqa 1-in bombardiri olub (Kilian Mbappe ilə ortaq olub). Hücumçu "Tuluza" və "Sevilya"da da çıxış edib. Ben-Yedder Fransa millisində 19 oyun keçirib və 3 qol vurub. 2021-ci ildə komanda ilə birlikdə Millətlər Liqasının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar