Şəfiqə Məmmədova AKİ-nin sədri seçildi  - YENİLƏNİB
11 sentyabr 2026 12:30 (UTC +04:00)

Şəfiqə Məmmədova AKİ-nin sədri seçildi - YENİLƏNİB

1

Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib.

Lent.az xəbər verir ki, səs çoxluğu ilə Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib.

Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konransında namizədliyi irəli sürməyib.

Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib./APA

***

12:30

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilir.

Lent.az xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil olunan konfransda AKİ-nin üzvləri, həmçinin, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.

Tədbirdən fotoları təqdim edirik:

Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir - FOTO

***

11:26

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr postuna namizədlərin adı açıqlanıb.

Lent.az xəbər verir ki, sədrliyə namizədlər arasında Şəfiq Məmmədovadan başqa Həmidə Ömərova da yer alıb.

Hazırda sədr səlahiyyətlərinin icraçısı Şəfiqə Məmmədovadır.

***

07:43

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək.

Lent.az xəbər verir ki, ittifaqın konfransı saat 12:00-da, Nizami Kino Mərkəzində keçiriləcək. 

AKİ sədrinin seçkisi, Konfransın gündəliyinin əsas bəndidir.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev bu il, martın 29-da vəfat edib. Hazırda sədr səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 858

Oxşar yazılar