Kıvanç Tatlıtuğdan radikal  qərar: 5 milyon insanı  bir anda sildi
12 avqust 2026 19:43 (UTC +04:00)

Kıvanç Tatlıtuğdan radikal qərar: 5 milyon insanı bir anda sildi

0

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ gözlənilməz addımı ilə maqazin gündəminə düşüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, aktyor təxminən 5 milyon izləyicisi olan rəsmi “İnstagram” hesabını bağlayıb.

Hesabın qayda pozuntusu və ya kiberhücum nəticəsində deyil, Tatlıtuğun öz qərarı ilə bağlandığı ehtimal edilir.

Aktyorun bu addımı sosial şəbəkələrdə müxtəlif iddialara səbəb olub. Bəziləri onun son dövrlərdə haqqında yayılan tərəf müqabili ilə bağlı söz-söhbətlərdən bezdiyini, digərləri isə sosial mediadan uzaqlaşaraq “rəqəmsal detoks” etmək istədiyini irəli sürüblər.

Kıvanç Tatlıtuğ isə “İnstagram” hesabını niyə bağlaması ilə bağlı hələlik açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar