Rusiyanın Novosibirsk vilayətində ev yanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Posevnaya fəhlə kəndində baş verib. İki mənzilli evdə yanğın baş verib, nəticədə bir qadın və iki uşağı ölüb.
Məlum olub ki, ölən qadının 37 yaşı var. Ölən uşaqlar 5 yaşlı qız və 4 yaşlı oğlandır.
Araşdırma aparılır.