Tanınmış aparıcının  Azərbaycandan çıxışına QADAĞA
17 oktyabr 2024 16:08 (UTC +04:00)

Tanınmış aparıcının Azərbaycandan çıxışına QADAĞA

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları ilə bağlıdır. Belə ki, jurnalist müəyyən müddət keçməsinə baxmayaraq, vergiləri ödəməyib.

Buna görə də, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Dövlət qurumu məhkəməyə müraciətində İdris Heydərlinin borcu ödəmədiyi təqdirdə Azərbaycandan çıxışına qadağa qoyulmasını xahiş edir.

Qeyd edək ki, İdris Heydərli 1994-1996-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində böyük redaktor vəzifəsində çalışıb. Dönəmin ən məşhur proqramı olan “Ev sizin sirr bizim” verilişin rəhbəri və aparıcısı olub. 2002-ci ildə yenidən televiziyaya dönüb və Space TV - də redaktor, aparıcı vəzifələrini daşıyıb. Həmin vaxtlar məşhur proqram “Ay, ev yiyəsinin” müəllif və aparıcısı, “Gizli və aşkar Azərbaycan” proqramının müəllifi olub. 2006-cı ildə bu kanaldan AzTv-yə redaktor olaraq geri dönüb. 1 illik redaktor vəzifəsindən sonra 2007-ci ildə Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən "İnter Azərbaycan" (İnterAz TV) televizisiyasında 3 il icraçı direktor olaraq yer alıb.

İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4154

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu

Qəza kilometrlərlə tıxaca səbəb oldu

22 iyun 2025 , 00:35