HƏMAS lideri Yəhya Sinvarın  məhv edildiyi   yerdən FOTO
17 oktyabr 2024 18:47 (UTC +04:00)

HƏMAS lideri Yəhya Sinvarın məhv edildiyi yerdən FOTO

Fotoda İsrail Müdafiə Nazirliyinin əsgərləri xarabalıqlar arasında dayanıb, yaxınlıqda isə terrorçunun cəsədi var.

HƏMAS terror qruplaşmasının lideri Yəhya Sinvarın öldürüldüyü iddia edilən yerdən yeni foto ortaya çıxıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fotoda xarabalıqlar arasında, Sinvarın cəsədinin yanında dayanan İsrail Müdafiə Nazirliyinin əsgərləri əks olunub.

İsrailin rəsmi mənbələri 7 oktyabr qətliamının təşkilatçısının İsrail Müdafiə Nazirliyinin qüvvələri ilə atışma zamanı öldürüldüyünü təsdiqləyib. Tezliklə rəsmi açıqlamanın veriləcəyi gözlənilir. İlkin məlumatlara görə, Sinvarın yerləşdiyi bina minalanıb, bədənində isə qumbara ilə doldurulmuş jilet aşkar edilib.

Yəhya Sinvar HƏMAS-ın mərkəzi fiqurlarından biri olub, Qəzza zolağında qrupa rəhbərlik edib və təşkilatın həm siyasi, həm də hərbi strukturlarında mühüm vəzifələr tutub. 1962-ci ildə Xan-Yunisdə anadan olan Sinvar erkən yaşlarından HƏMAS-da fəal iştirak edib və qrupun hərbi əməliyyatlarında əsas rol oynayan onun yaraqlı qanadı “İzaddin əl-Qəssam briqadaları”nın yaradıcılarından biri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar