Rok musiqisi bizim aşıq musiqimizdir - Əməkdar artistdən QEYRİ-ADİ AÇIQLAMA
17 oktyabr 2024 11:40 (UTC +04:00)

Rok musiqisi bizim aşıq musiqimizdir - Əməkdar artistdən QEYRİ-ADİ AÇIQLAMA

“Rok musiqisi bir növ bizim aşıq musiqimizdir. Rok musiqisi də, aşıq musiqisi də üsyandır, çağırışdır. Ümumiyyətlə, musiqinin millisi, qeyri-millisi olmur”.

Lent.az xəbər verir ki, bu fikirləri APA TV-nin “Sözüm var” proqramında tanınmış bəstəkar, Əməkdar artist Vüqar Camalzadə səsləndirib.
Azərbaycan və dünya musiqisinin tarixi barədə danışan bəstəkar bildirib ki, klassik Avropa musiqi ənənəsi əsasını Yaxın Şərqdən alıb və bu ənənəni qoyan bizim azərbaycanlıdır.

“Əbdülmöminin şeyxül musiqi Səfiyyədin Urməvi bu sistemi yaradıb, bütün Şərq və Avropa bu musiqidən yararlanıb. Urməvi orta əsrlərdə  əslən cənubi Azərbaycanda yaşayıb. Kilsə onun nəzəriyysindən yararlanaraq öz sistemini qurub”, - deyə o qeyd edib.

Müsahibənin tam versiyasını təqdim edirik:


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar