Naxçıvanda erkən nikaha  cəhdin QARŞISI ALINDI
17 oktyabr 2024 15:27 (UTC +04:00)

Naxçıvanda erkən nikaha cəhdin QARŞISI ALINDI

Naxçıvanda növbəti dəfə erkən nikaha cəhdin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görülən tədbirlərə baxmayaraq, hələ də övladını erkən yaşda evləndirməyə çalışan bəzi valideynlərə rast gəlinir. Sonuncu dəfə Şərur rayonunda erkən nikaha cəhd edilib.

Belə ki, Şərur rayon Yuxarı Aralıq kənd sakini 17 yaşlı yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 28 yaşlı Şərur rayon İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə 11-13 oktyabr tarixlərində toy mərasimlərinin keçiriləcəyi məlumatı əldə edilib. Həmin məlumat əsasında oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahın qarşısı alınıb.

Bildirilir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq. Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.

Qurumdan həmçinin bildirilib ki, təkcə bu ilin 9 ayı ərzində 4-ü Şərur, 1-i Kəngərli və 1-i də Babək rayonunda olmaqla, ümumilikdə 6 erkən nikahın qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Fidan İlqar

Oxşar yazılar

Yüzlərlə kişini özünə aşiq etdi:  Tarixin sirli casusu

Yüzlərlə kişini özünə aşiq etdi: Tarixin sirli casusu

17 oktyabr 2024 , 20:15
Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 19:33
Oktyabrın 19-u Bakıda bu yollar   bağlanacaq

Oktyabrın 19-u Bakıda bu yollar bağlanacaq

17 oktyabr 2024 , 16:43
Leysan yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 16:35
Güclü külək  əsəcək:  XƏBƏRDARLIQ

Güclü külək əsəcək: XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 15:39
 Güclü leysan   yağacaq - Sabahın HAVASI

Güclü leysan yağacaq - Sabahın HAVASI

17 oktyabr 2024 , 12:30
Bu rayonlara leysan yağır  - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

17 oktyabr 2024 , 09:39
Payız bu BÜRCLƏR üçün çətin olacaq

Payız bu BÜRCLƏR üçün çətin olacaq

17 oktyabr 2024 , 09:09