40 günlük körpəni yeddinci mərtəbədən atıb öldürdü
17 oktyabr 2024 17:52 (UTC +04:00)

40 günlük körpəni yeddinci mərtəbədən atıb öldürdü

Türkiyədə 40 günlük körpə öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Pendik qəsəbəsində baş verib.

Daun sindromlu 17 yaşlı İlayda Ö. nənəsi Huriyyə S. ilə qonşuları Murad və Sultan D.-nin evinə qonaqlığa gediblər. Ailə binanın damında kabab bişirərkən İlayda heç kimə demədən aşağı mərtəbəyə, evə düşüb. O, beşiyində yatan 40 günlük Emin Eğemeni 7-ci mərtəbənin pəncərəsindən aşağı atıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri körpənin öldüyünü müəyyən ediblər. İlyda Ö. və nənəsi saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar