Qayınata və baldız birləşib gəlini döydü - GƏDƏBƏYDƏ
11 aprel 2025 14:06 (UTC +04:00)

Qayınata və baldız birləşib gəlini döydü - GƏDƏBƏYDƏ

Gədəbəydə döyülmə faktı qeydı alınıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044

Oxşar yazılar