Qadını aldadıb 50 min manatını  aldılar - DİN-dən ÇAĞIRIŞ
03 avqust 2024 11:37 (UTC +04:00)

Qadını aldadıb 50 min manatını aldılar - DİN-dən ÇAĞIRIŞ

Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50.000 manatın oğurlanması ilə nəticələnib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev Lent.az-a bildirib ki, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil. 

Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın və yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663
avatar

Oxşar yazılar