Polisdən ovçulara qarşı ƏMƏLİYYAT:  saxlanılanlar var
10 fevral 2024 14:10 (UTC +04:00)

Polisdən ovçulara qarşı ƏMƏLİYYAT: saxlanılanlar var

0

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov edən şəxslər müəyyən edilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qanunsuz ov edən 2 nəfəri müəyyən ediblər. Həmin şəxslərdən 1 ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3831

Oxşar yazılar