Polis kapitanı faciəvi   şəkildə öldü
03 may 2024 18:48 (UTC +04:00)

Polis kapitanı faciəvi şəkildə öldü

Rusiyanın Sverdlovsk vilayətində polis kapitanı yol qəzasında ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nijneserginski rayonunda Perm-Ekaterinburq magistralında baş verib. Polis kapitanı İrina Kryuçkova xidməti avtomobilin iştirakı ilə ölümlə nəticələnən qəza törədib.

Cinayət axtarışı əməkdaşının getdiyi avtomobil yük maşını ilə toqquşub. Məlumata görə, onlar Kontuqanovo kəndinə çağırışa görə yola düşüblər. Həmçinin qadın polis qeyd edildiyi kimi, təhlükəsizlik kəməri taxmayıb.

Qəza zamanı xidməti avtomobildə olan qadın müstəntiq də xəsarət alıb.

# 2583
avatar

Oxşar yazılar