İsmayıllıda polis əməkdaşlarının karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirdiyi tədbirlər zamanı rayonun Mican kəndi ərazisindəki evlərin birində məclis təşkil olunduğu müəyyən edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparılıb və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.