Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, rayonun Baş Küngüt kənd sakini Arif Ağammədov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən piyada, 1948-ci il təvəllüdlü şəhər sakini Rasif Abdullayevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.