Özünü yandıran kişini  polis güllələdi
26 yanvar 2025 16:04 (UTC +04:00)

Özünü yandıran kişini polis güllələdi

Tunisin paytaxtında Böyük sinaqoqun qarşısında özünü yandıran şəxsi polis öldürüb.

Lent.az bildirir ki, bu barədə “Associated Press” ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bir polis əməkdaşı və ətrafdakı şəxs yanıq xəsarətləri alıb. Kişi yanğını gün batdıqdan sonra, sinaqoqda şənbə namazı qılınarkən törədib.

Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, alova bürünən şəxs hüquq-mühafizə orqanının əməkdaşına tərəf hərəkət edib və ikinci zabit həmkarını qorumaq üçün atəş açıb.

Məlumatda qeyd edilir ki, zabit yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Nazirlik həmin şəxsin kimliyini və onun mümkün motivlərini açıqlamayıb, yalnız onun müəyyən edilməmiş psixi pozğunluqlarının olduğunu bildirib. 

Tarixən Tunisdə çox sayda yəhudi yaşayıb, hazırda təxminən 1500 nəfər olduğu təxmin edilir. Keçmişdə də Tunisdəki yəhudi obyektlərinə hücum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2828

Oxşar yazılar

Bakıda kişi yaşadığı evin həyətində ölü tapıldı

Bakıda kişi yaşadığı evin həyətində ölü tapıldı

31 may 2025 , 19:35
Körpələri xaricə satan özəl klinika həkimləri İFŞA OLUNDU

Körpələri xaricə satan özəl klinika həkimləri İFŞA OLUNDU

31 may 2025 , 18:14
Goranboyda minaya düşən çobanın ayağı kəsildi - YENİLƏNİB

Goranboyda minaya düşən çobanın ayağı kəsildi - YENİLƏNİB

31 may 2025 , 15:02
Harınlamış məmurun SONU: DTX Saleh Səmədovu həbs etdi

Harınlamış məmurun SONU: DTX Saleh Səmədovu həbs etdi

31 may 2025 , 13:53
Rüfət Səfərovun həbs müddəti uzadıldı

Rüfət Səfərovun həbs müddəti uzadıldı

31 may 2025 , 13:40
Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

31 may 2025 , 10:58
Zaqatalada AĞIR QƏZA:  gənc oğlan öldü

Zaqatalada AĞIR QƏZA: gənc oğlan öldü

31 may 2025 , 10:46
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

31 may 2025 , 09:55