Oğurladıqları maşını evakuatorla apardılar -  VİDEO
06 dekabr 2021 14:55 (UTC +04:00)

Oğurladıqları maşını evakuatorla apardılar - VİDEO

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus “Qaz 3110” markalı avtomobil Dərnəgül qəsəbəsi ərazisində naməlum şəxslər tərəfindən qaçırılıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin nəqliyyat vasitəsini qaçıran İsmayıllı rayon sakinləri Nurlan Əliyev və Vaqif Vəlibəyov saxlanılıblar. 

Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əvvəlcədən planlaşdırdıqları kimi evakuator xidməti göstərən şirklətlərdən birinə zəng edərək avtomobilin nasaz olduğunu bildiriblər. Daha sonra onlar özləri ilə gətirdikləri saxta dövlət qeydiyyat nişanı və sənədləri evakuatorun sürücüsünə göstərərək nəqliyyat vasitəsini İsmayıllı rayonuna aparıblar. Nurlan Əliyev və Vaqif Vəlibəyovun məqsədi həmin avtomobili ehtiyat hissələri formasında satmaq olub. Oğurlanan avtomobil İsmayıllı rayonunda hissələrə ayrılmış formada Nurlan Əliyevə məxsus təmir sexindən aşkar olunaraq götürülüb.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda maşını oğurlayıb İsmayıllıya apardılar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3261

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti  tapıldı

Azərbaycanlı qadının çürümüş meyiti tapıldı

20 avqust 2025 , 12:50
Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi  - Məhkəməlik oldu

Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu

20 avqust 2025 , 12:21