Nəzarətçi qadın  məhbusla sevişdi:   Həbsxanaya düşdü
06 mart 2023 19:34 (UTC +04:00)

Nəzarətçi qadın məhbusla sevişdi: Həbsxanaya düşdü

0

Böyük Britaniyada 25 yaşlı həbsxana nəzarətçisi Reyçel Martin məhbusla eşq yaşayıb və həbsxanaya düşüb.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Martin 2020-ci ilin yanvarında İngiltərənin Dorset qraflığındaki kişilər üçün həbsxanasında işləməyə başlayıb. O, 10 il həbs cəzası çəkən Raymond Abrahamla tanış olub və noyabr ayında onunla münasibətə başlayıb.

Nəzarətçi məhbusla messencerlərdən istifadə edərək əlaqə saxlayıb və kamerada gizli saxladığı çoxlu səmimi fotoları telefona göndərib. O, həmçinin Abrahama dizayner paltarları göndərib və bir dəfə onun kamerasına qadın alt paltarları gətirib.

Məhbus da öz növbəsində Martinə pul göndərib və onun hesablarını ödəyib. Abrahamla bir ildən çox münasibətdə olan nəzarətçi ondan 12 min funt sterlinqdən çox pul alıb.
 
Həbsxana işçiləri Martinin məhbusla münasibətindən 2021-ci ilin fevralında xəbər tutublar. Abrahamın kamerasında nəzarətçinin səmimi fotoşəkillərinin saxlandığı mobil telefon, iki USB fləş və SD kart aşkar edilib.
 
Cinayətkarın yastığının altından qadın alt paltarı da tapılıb. Polis Martinin evində axtarış aparıb, bu zaman onlar üç min funt-sterlinq nağd pul, habelə onun məhbusla əlaqə saxladığı iki telefon tapıblar.
 
Mühafizəçi həbs edilib. O, təqsirli bilinib və 16 ay həbs cəzasına məhkum edilib.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3563

Oxşar yazılar