Naxçıvanda yol qəzasında ölənlərin sayı 6 oldu  - YENİLƏNİB
26 iyun 2023 11:02 (UTC +04:00)

Naxçıvanda yol qəzasında ölənlərin sayı 6 oldu - YENİLƏNİB

0

Naxçıvanın Kəngərli rayonunda baş verən qəza zamanı ölən 6 nəfərdən 5-nin kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, ölən şəxslər aşağıdakılardır:

1960-ci il təvəllüdlü Cəfərova Sahiyə Əsəd qızı, 1973-cü il təvəllüdlü Sultanov Xanlar Şəmil oğlu, 1996-cı il təvəllüdlü Oruclu Amil Akif oğlu, 2000-ci il təvəllüdlü Əlizadə Hikmət Rövşən oğlu və 2020-ci il təvəllüdlü Əlisultanov Fateh Fariz oğlu.

***

Naxçıvanın Kəngərli rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı ölənlərin sayı 6-ya çatıb. Xəsarət alan 4 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, gecə saatlarında Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib. Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı avtomobil toqquşub. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlari və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2504

Oxşar yazılar