Narkotik çəkib maşın sürəndə  SAXLANILDI   -  FOTO
09 dekabr 2021 14:36 (UTC +04:00)

Narkotik çəkib maşın sürəndə SAXLANILDI - FOTO

Ağdaş rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətdə olan “VAZ-21011”  markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları ona “saxla” işarəsi verib.

Sürücü Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, Polis Şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən E.Məmmədovun  marixuanadan  istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, noyabr-dekabr ayları ərzində Ağdaş rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən ümumilikdə 19 sürücü aşkarlayıblar.

 

# 798
avatar

Aytəkin Cəlali

Oxşar yazılar