Narkotik çəkib maşın sürən tutuldu -FOTO
17 fevral 2022 21:03 (UTC +04:00)

Narkotik çəkib maşın sürən tutuldu -FOTO

Hacıqabulda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.
Bu zaman sürücü E.Ovçuyevin hərəkətləri şübhə doğurduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub.
E.Ovçuyevin barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Saxlanılan nəqliyyat vasitəsi

# 1806
avatar

Mehman Nəbiyev

Oxşar yazılar