Narkotacir "Kalaşnikov"la  tutuldu
23 fevral 2022 16:46 (UTC +04:00)

Narkotacir "Kalaşnikov"la tutuldu

Beyləqanda narkotacir ələ keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Zərbəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 kiloqram 450 qram heroin və “AKM” markalı avtomat silahı götürülüb.

# 1842
avatar

Mehman Nəbiyev

Oxşar yazılar