Fevralın 3-də səhər saatlarında Bakının Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil həmi gün saat 11 radələrində Binəqədi rayonu ərazisində təkərləri oğurlanmış vəziyyətdə tapılıb. Bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Həmçinin Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən “VAZ-21015” markalı avtomobili qaçıran həmin avtoyuma məntəqəsində işləyən M.Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.
Araşdırma aparılır.