"Moyka"dakı ödəmə terminalını sındırıb pulları oğurladılar
24 iyul 2024 18:02 (UTC +04:00)

"Moyka"dakı ödəmə terminalını sındırıb pulları oğurladılar

Novxanı qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən avtoyuma məntəqəsinin icarədarı orada quraşdırılan ödəmə terminalını sındırmaqla 600 manatın oğurlandığını bildirib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakinləri O.Şahgəldiyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2214
avatar

Oxşar yazılar