Mingəçevirdə yeniyetmələr maşını qaçırıb  qəza törətdilər
17 iyun 2023 14:33 (UTC +04:00)

Mingəçevirdə yeniyetmələr maşını qaçırıb qəza törətdilər

0

Mingəçevirdə avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 15-də gecə saatlarında Mingəçevir şəhəri ərazisindən “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Şəhər Polis Şöbəsi və Baş Dövlət Yol Plolisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Goranboy rayonu ərazisində yol ayırıcısına dəymiş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2082

Oxşar yazılar