Yanvarın 19-da metronun “Nizami” stansiyasında qatarda bir qadının cibindən içərisində pulu, bank kartı və sənədləri olan pulqabısı, fevralın 14-də isə “28 May” stansiyasında qatara daxil olan zaman digər bir qadının gödəkçəsinin cibindən “Samsung A10” markalı mobil telefonu cibgirlik yolu ilə oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsgər Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Əsgər Əliyev