Metroda kişi qatar yoluna  tullandı
25 sentyabr 2026 23:54 (UTC +04:00)

Metroda kişi qatar yoluna tullandı

0

25 sentyabr saat 17:53-də Bakı metropoliteninin “Memar Əcəmi” – “20 Yanvar” mənzilində sərnişin(kişi) qatar yoluna tullanıb.

Bu barədə “Lent.az”a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb.

“Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.

13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur”, - deyə məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar