Vətən Müharibəsinin sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır.
Lent.az APA-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində yayılması müxtəlif müzakirələrə və suallara yol açmış səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.
Artıq məsələ ilə bağlı DTX-nın istintaq orqanında bir sıra şəxslər dindirilir, prosessual hərəkətlər aparılır.
Dindirilənlər arasında Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da var.
Hazırda DTX-nın İstintaq qurumunda araşdırmalar aparılır.
***
saat 17:23
Azərbaycan ordusunun şəhid olmuş polkovniki Babək Səmidlinin bir müddət bundan öncə yayılmış səs yazısı ilə bağlı araşdırmalar davam edir.
Lent.az xəbər verir ki, yayılan məlumata görə, Babək Səmidliyə suallar verən və səsi yazan şəxs rusiyalı milyarder, iş adamı Fərhad Əhmədovdur.
Bir neçə gün öncə APA agentliyi DTX-nın Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarış aparması barədə məlumat yayıb.
Yayılan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.
Eyni zamanda Fərhad Əhmədovun özü də istintaqa dəvət edilib. Lakin onun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova da manset.az saytına açıqlama verərək, Babək Səmidlinin səsini Fərhad Əhmədovun yazdığını təsdiqləyib. O bildirib ki, səs yazısını Fərhad Əhmədov yaymayıb, “Onu yayanlar digər adamlardır. Nə məqsədlə yayıblarsa, onu da DTX araşdırıb tapmalıdır”.
Milyarderin köməkçisi iddia edib ki, Babək Səmidli özü səsinin yazılmasını Fərhad Əhmədovdan xahiş edib: “Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədi hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa sonra cənab Prezidentə çatdırılsın”.
Qeyd edək ki, səs yazısı Babək Səmidlinin ölümündən iki il sonra Meydan TV-də yayılıb.