Məktəbli qıza seksual zorakılıq edən yaşlı kişi tutuldu
26 may 2023 12:13 (UTC +04:00)

Məktəbli qıza seksual zorakılıq edən yaşlı kişi tutuldu

0

Moskvada 10 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinən 54 yaşlı kişi saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə mayın 25-də Tyoply Stan küçəsindəki evlərdən birinin girişində baş verib. Məlumata görə, şübhəli şəxs məktəbli qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Qız hadisə barədə valideynlərinə danışıb, onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hazırda təqsirləndirilən şəxslə bağlı istintaq hərəkətləri aparılır, müşahidə kameralarının qeydləri öyrənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2613

Oxşar yazılar