Məktəbdə ŞOK  hadisə: Şagird müəllimi döydü
12 noyabr 2025 19:07 (UTC +04:00)

Məktəbdə ŞOK hadisə: Şagird müəllimi döydü

0

Bu gün Moskva məktəblərindən birində şok hadisə baş verib: 10-cu sinif şagirdi müəlliminə hücum edib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Moskva Təhsil və Elm Departamenti məlumat verib.
Departamentin məlumatına görə, tənəffüs zamanı yeniyetmə müəllimin sinifdən çıxmasını gözləyib, icazəsiz müəllim masasından bir yığın dəftər götürüb və çantasına qoyub.

"Müəllim sinif otağına qayıtdıqdan sonra itkini görüb və dəftərlərin geri qaytarılmasını tələb edib, bu zaman şagird qadının başına vurmağa başlayıb. Müəllim xəstəxanaya yerləşdirilib.

“Bu cür davranış tamamilə qəbuledilməzdir və bütün mənəvi, etik və hüquqi normaları pozur. Hüquq-mühafizə orqanları işə cəlb olunub və məktəb daxili araşdırma aparır. Araşdırmadan sonra hücum edən şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Şagirdin məktəbdən xaric edilməsi də nəzərdən keçiriləcək", - departamentdən bildiriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar