Masallıda ağır qəza  2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
03 iyul 2026 01:44 (UTC +04:00)

Masallıda ağır qəza 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

0

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Masallı–Yardımlı yolunda, Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev, idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən, Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər "Mercedes" markalı avtomobillə toqquşub.

Toqquşmanın təsirindən Rusif Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Zərbənin təsirindən beton elektrik dirəyi bir neçə hissəyə parçalanıb.

Qəza nəticəsində sürücü Rusif Babayev hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olanlar təcili tibbi yardım briqadalarının köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılar Ərkivan qəsəbə sakinləri 33 yaşlı Pərvin Əliniyaz oğlu Həsənov, 23 yaşlı Fərid Fərahim oğlu Qasımov və 34 yaşlı Araz Telman oğlu Məmmədzadədir.

Həkimlərin səylərinə baxmayaraq, Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, qəza nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib. Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar