Sentyabrın 28-də Bakıda “London Taxi” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.
Ətrafında aparılmış tədbirlərlə onun Yasamal rayon Polis İdarəsi tərəfindən borclu kimi axtarışda olması da müəyyən edilib. Oğurladığı dövlət qeydiyyat nişanları isə idarə etdiyi “Tofaş” markalı avtomobilin üzərində aşkar edilərək götürülüb.