Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
06 avqust 2024 12:30 (UTC +04:00)

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Avqustun 7-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17211
avatar

Oxşar yazılar

Ağstafada FACİƏ:  Rayon sakini Kürdə batdı

Ağstafada FACİƏ: Rayon sakini Kürdə batdı

21 avqust 2024 , 20:36
Azərbaycanlıları qeydiyyata saldığı üçün  məsuliyyətə cəlb olunur

Azərbaycanlıları qeydiyyata saldığı üçün məsuliyyətə cəlb olunur

21 avqust 2024 , 18:16
Bakıda 3 nəfəri aldadıb bankdakı pullarını aldılar

Bakıda 3 nəfəri aldadıb bankdakı pullarını aldılar

21 avqust 2024 , 17:50
Bakıda 27 yaşlı gənc dənizdə batdı - YENİLƏNİB

Bakıda 27 yaşlı gənc dənizdə batdı - YENİLƏNİB

21 avqust 2024 , 15:51
Azərbaycanda polis öldü

Azərbaycanda polis öldü

21 avqust 2024 , 15:38
Bakıda qatar adam vurdu

Bakıda qatar adam vurdu

21 avqust 2024 , 14:48
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2024 , 14:33
Bakıda qadın kişi ilə birləşib oğurluqlar etdi

Bakıda qadın kişi ilə birləşib oğurluqlar etdi

21 avqust 2024 , 14:09