Şəkidə 27 yaşlı kişi özünü güllələyib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çeşməli kəndinin inzibati ərazisində baş verib.
Laçın rayon sakini hazırda Şəkinin Yeni Çələbixan qəsəbəsində yaşayan Məhəmməd Məmmədov özünü ov tüfəngi ilə özünü güllələyərək intihar edib.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.