Laçında piyada əleyhinə mina sahəsi aşkar edildi -VİDEO
05 avqust 2024 23:11 (UTC +04:00)

Laçında piyada əleyhinə mina sahəsi aşkar edildi -VİDEO

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib.

Lent.az xəbər verir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.

Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

Oxşar yazılar