İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Xocavənd və Laçın rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yışmaq məqsədi ilə işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Ağcabədi rayon sakinləri – Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.
Hazırda faktla bağlı Xocavənd rayon Polis Şöbəsində araşdırma aparılır.
DİN mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırır.
Metal yığmağa gedənlər