İyulunda 9-da Qazax rayonunda Kürdə batan yeniyetmənin meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, meyiti tapılan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.
Onun cəsədi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kürün rayonun ərazisindən tapılıb. Meyit ailəsinə təhvil verilib.
Qeyd edək ki hadisə iyulun 9 Kürün Qazax rayonun Birinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb. Qazaxın Aslanbəyli kənd sakinləri 23 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu və 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kür çayında batıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in xilasediciləri cəlb olunmuşdu.
9 iyul Saat 20:16
Ötən gün Qazaxda 2 nəfərin Kür çayında batmasının bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Aslanbəyli kənd sakinləri 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kürdə çimən zaman boğulub.
Bu zaman onun yanında olan həmkəndlisi, 22 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu 15 yaşlı yeniyetmənin boğulduğunu görüb. M.Şirməmmədov həmkəndlisini xilas etmək istəyən zaman o da çayda boğulub.
Ötən gün axşam saatlarında 22 yaşlı gəncin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
15 yaşlı gəncin isə meyitinin Kür çayında axtarışları davam edir.
Qeyd edək ki, M.Şirməmmədovun bu gün nişan mərasimi keçiriləcəkdi.