Körpə yeməkdən sonra qusub öldü
02 may 2024 11:03 (UTC +04:00)

Körpə yeməkdən sonra qusub öldü

Rusiyanın Sankt-Peterburq şəhərinin Primorski rayonunda körpə gecə qidalandıqdan sonra qusaraq boğulub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 32 yaşlı ana həkim briqadasını Komendantski prospektindəki mənzilə çağırıb. O, səkkiz aylıq qızını yedizdirərək yatızdırdığını deyib.

Qadının sözlərinə görə, uşaqda sancı və qusma başlayıb. Gələn həkimlər körpəni xilas edə bilməyiblər.

Hadisə ilə bağlı araşdırma təşkil edilib.

# 2094
avatar

Oxşar yazılar