Kilsənin yanında Qurandan sitat gətirən qız saxlanıldı
03 avqust 2024 17:52 (UTC +04:00)

Kilsənin yanında Qurandan sitat gətirən qız saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhər sakini pravoslav kilsəsinin yanında Qurandan sitat gətirdiyinə görə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 22 yaşlı qız iyulun 30-da Sankt-Peterburqun Müqəddəs Kseniya kilsəsinin yaxınlığındakı Laxtinskaya küçəsində divara “AYAT 9:5” yazmaqda şübhəli bilinir. Bu, Quranda müşriklərin İslamı qəbul etmədikləri təqdirdə onlara zülm edilməsinə çağıran ayəyə işarədir.

Qız sorğu-sual edilib və başqa yerə getməmək şərti ilə buraxılıb. Onun niyə bunu etdiyi hələ açıqlanmayıb.

Sosial şəbəkələrdə Sankt-Peterburq sakini özü haqqında yazıb ki, Herzen Universitetinin Musiqi, Teatr və Xoreoqrafiya İnstitutunun məzunudur. Jurnalistlər qeyd ediblər ki, onun səhifəsində dini baxışları açıqlayan heç bir şey yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573
avatar

Oxşar yazılar