Fevralın 14-də saat 6 radələrində Göygöl rayonu, Sərkarlı kəndindəki evlərdən birinə girən naməlum şəxs yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb. Araşdırma aparılır.