Kəlbəcər yenə atəşə tutuldu - MN
10 fevral 2022 09:11 (UTC +04:00)

Kəlbəcər yenə atəşə tutuldu - MN

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

# 3039
avatar

Mehman Nəbiyev

Oxşar yazılar