Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətovu saxlayaraq Polis Bölməsinə gətirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 3 ədəd parton aşkar edilib. Saxlanılan şəxs ifadəsində yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib. Oradan isə Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat silah, 1 ədəd daraq və 2 ədəd parton aşkar olunaraq götürülüb. Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.
9-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.