Kanalda batan məzun İNTİHAR EDİB?  - az bal yığıbmış... - YENİLƏNİB
14 iyun 2022 17:00 (UTC +04:00)

Kanalda batan məzun İNTİHAR EDİB? - az bal yığıbmış... - YENİLƏNİB

Füzulidə kanalda batdığı deyilən məzunla bağlı bir sıra detallar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi olan 17 yaşlı Zaur Süleymanov qəbul imtahanından az bal yığıbmış. Bu səbəblə də o, yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib. Ehtimal olunur ki, məzun özünü Baş Mil kanalına atıb.

Hazırda Z. Süleymanovun axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, yeniyetmənin tapılması üçün hətta Baş Mil kanalı hazırda qurudulur.

Z.Süleymanovun intihar edib-etməməsi isə dəqiq bilinmir.

***
Saat: 15:55

Füzuli rayonunda kanalda batan yeniyetmə ilə bağlı təfərrüatlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Böyük Bəhmənli kənd sakini 17 yaşlı Zaur Süleymanov ötən gün günorta saatlarından yaşadığı evdən çıxıb. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Məlumaat əsasən, Z. Süleymanov 11-ci sinifdə oxuyurmuş. Onun bu gün son zəngi olacaqdı.

Lakin sonradan onun Baş Mil kanalında batdığı məlum olub.

Zaur Süleymanov

***
Saat: 14:08

Füzulidə yeniyetmə kanalda batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 17 yaşlı Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8721

Oxşar yazılar

Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52