"Jiquli"si ilə 64 yaşlı kişini öldürdü
10 mart 2021 18:32 (UTC +04:00)

"Jiquli"si ilə 64 yaşlı kişini öldürdü

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobil yolu keçən İmişli rayonu Cəfərli kənd sakini, 64 yaşlı Əliyev Yaqub Şəmil oğlunu vurub. Şirvan şəhər xəstəxanasına çatdırılan yaralı aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar