İş adamı "Maybach"inə görə cəzalandı
23 may 2023 12:59 (UTC +04:00)

İş adamı "Maybach"inə görə cəzalandı

Rusiyada biznesmen bahalı avtomobilinə görə cəzalanıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Krasnoyarskda “Mercedes-Benz Maybach” markalı avtomobilin sahibi özü üçün parkinq nişanı quraşdıraraq bir ay ərzində avtomobilini səkidə qoyub. Nəticədə o, qayda pozuntusuna görə 1000 rubl cərimələnib.

Məlumata görə, avtomobilin sahibi biznesmen Vadim İvanovdur. O, Maerçaka küçəsində, idarə etdiyi şirkətlərlə ofis mərkəzinin yerləşdiyi evin yanında “Maybach” dövlət nömrə nişanı ilə birlikdə lövhə quraşdırıb.

Yerli sürücülər “Maybach” sahibindən şikayət ediblər, bundan sonra yol polisi fotoları araşdırıb və nişanı götürüb. Bildirilib ki, ilin əvvəlindən krossover sürücüsü artıq 30 cərimə alıb. Ən çox pozuntusu isı sürət həddini aşmaq və avtomobilin ayrılmış zolağa çıxması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar