İranla sərhəddə ƏMƏLİYYAT:  Saxlanılanlar var -FOTO
30 may 2023 12:02 (UTC +04:00)

İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var -FOTO

Narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, may ayının 28-də saat 04 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək məqsədilə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu 1-ci Şahsevən kənd sakinləri Quliyev İbrahim Teymur oğlu və Əhmədov Ceyhun Rza oğlu saxlanılıb. Üzərlərinə baxış keçirilən zaman snayper silahları üçün nəzərdə tutulmuş 1 (bir) ədəd universal termal nişangahı aşkar edilərək götürülüb.

May ayının 29-da saat 03:50-də “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, narkotik vasitələri qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə gətirmək məqsədilə dövlət sərhədini pozan Tərtər rayon sakini Tanrıverdiyev Kamil Firuddin oğlu və Samux rayon sakini İbrahimli Ramiz Akif oğlu saxlanılıb.

Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram 842 qram narkotik vasitə (9 kiloqram 812 qram marixuana və 30 qram tiryək) aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2675

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15