İrandan Azərbaycana qaçan  saxlanıldı
03 avqust 2024 13:04 (UTC +04:00)

İrandan Azərbaycana qaçan saxlanıldı

İrandan Azərbaycana qanunsuz keçmək istəyən saxlanılıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib. Məlumata görə, avqust ayının 1-də saat 04:30-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində sahildən 1.8 mil məsafədə İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar olunub.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən 1 nəfər İraq Respublikası vətəndaşı 1992-ci il təvəllüdlü Mahdi Salih Fayzi saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Dənizdə dövlət sərhədini pozaraq Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıbDənizdə dövlət sərhədini pozaraq Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıbDənizdə dövlət sərhədini pozaraq Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar