İran-Azərbaycan sərhədini pozanlar saxlanıldı - FOTO
25 iyun 2023 12:57 (UTC +04:00)

İran-Azərbaycan sərhədini pozanlar saxlanıldı - FOTO

0

İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Qurumun mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, qeyd olunan tarixdə saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Amiri Məcid İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. 

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1674

Oxşar yazılar