Gəncədə 4 nəfər zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Nizami prospektində, H.Əliyev adına parkın yaxınlığında yerləşən Gəncə İdman Sarayında baş verib.
Belə ki, binanın 3-cü mərtəbəsi ilə dam örtüyü arasında təmir işləri görülən zaman direl alətindən istifadə nəticəsində hasar daxili membrana qığılcım düşüb, tüstülənmənin və yanğının qarşısını alarkən İdman sarayının 4 nəfər əməkdaşı zəhərlənib. Onlar Gəncə şəhər 3 saylı xəstəxanaya müraciət ediblər.
Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra səhhətləri normal olduğundan evə buraxılıb.