Göyçayda "jiquli" piyadanı vurub öldürdü
11 fevral 2024 22:39 (UTC +04:00)

Göyçayda "jiquli" piyadanı vurub öldürdü

0

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada, 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4314

Oxşar yazılar